...

Azərbaycanda MAZ avtomobillərinin yığımına başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 15:01 (UTC +04:00)
Azərbaycanda MAZ avtomobillərinin yığımına  başlanılır

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Gəncə Avtomobil Zavodu Minskin "MAZ" avtomobil zavodunun avtomobillərinin yığımına başlayır. Bu barədə çərşənbə günü Gəncə zavodunun rəhbəri Xanlar Fətiyev məlumat verib.

İlkin mərhələdə müəssisədə MAZ-ın 10 modifikasiyası istehsal olunacaq.

"Gələcəkdə modifikasiyaların sayı genişləndirilə bilər", deyə o bildirib. Avtomobillər Bakıda açılacaq Belorusun Azərbaycandakı milli sərgisində təqdim olunacaq.

Hazırda müəssisədə Minsk traktor zavodunun traktorları yığılır. Bu gün 77 maşın yığılıb.

Zavod həmçinin "Agrolizing" ASC ilə 382 traktorun tədarükü ilə bağlı müqavilə imzalayıb. Bütün traktorlar 2007-ci ildə çatdırılacaq. Azərbaycanda bu zavodların istehsalı olan yük avtomobilləri və traktorların yığımı və satışı üzrə müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb.

Yığıma 15 min kvadratmetr sahədə başlamaq nəzərdə tutulur. Traktor zavodu 500-dək, avtomobil zavodu isə 400-dək modifikasiya məhsulu buraxır.

Gəncə zavodu Azərbaycanda ildə 1000-dək yük maşını və 1200-1500 traktor istehsal etmək gücündədir.

Xəbər lenti

Xəbər lenti