...

Nazir: Kənd Təsərrüfatı Nazirliyi hökumətin aqrar sahənin inkişafı strategiyasını təsdiq etməsini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 16:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi hökumət tərəfindən 2007-2015-ci illər üçün aqrar sahənin inkişafı strategiyasının təsdiq olunmasını gözləyir. Bu barədə cümə günü mətbuat konfransında kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib. Sənəd 2006-cı ildə hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

"Proqramın hökumət tərəfindən təsdiq olunmasından sonra biz necə və hansı istiqamətlərdə fəaliyyət göstərəcəyimizi dəqiq biləcəyik", - deyə nazir bildirib.

Strategiyanın reallaşdırılması üçün maliyyə mənbələrinə toxunan Abbasov məlumat verib ki, hər il dövlət büdcəsindən aqrar sahənin ayrı-ayrı proqram və layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlər ayrılacaq.

Nazir bildirib ki, toxumçuluq sahəsinin inkişafı üçün 3 il ərzində təxminən 26 mln. manat vəsaitin alınması gözlənilir.

Xəbər lenti

Xəbər lenti