...

Cenevrədə işçi qrup Ukraynanın ÜTT-yə daxil olması haqqında hesabat layihəsini əlavələrlə birgə nəzərdən keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 19:04 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ümumdünya Ticarət Təşkilatının üzv dövlətləri işçi qrupunun mayın 14-də Cenevrədəki iclasında 5-ci hesabat layihəsi ilə birgə ilk dəfə olaraq hesabata Ukraynanın tarif cədvəli və xidmətlər bazarına daxil olmaq üçün ÜTT katibliyi tərəfindən hazırlanmış spesifik öhdəliklərin olduğu əlavələr nəzərdən keçirilib. Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Ukraynanın iqtisadiyyat naziri Valeri Pyatnitskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti hesabat layihəsinin əksər bölmələrini müdafiə edib. Bölmələr ticarət-iqtisadi rejim məsələlərini əhatə edir. Heyət həmçinin əlavə qanunverici aktların qəbulu ilə bağlı öhdəliklər layihəsini də dəqiqləşdirib.

İclasın yekununda yerli bazarlara məhsul və xidmətlərin daxil olması, ixrac və kənd təsərrüfatı məhsulları istehsalının daxili dəstəklənməsi, uyğunluğun təsdiqlənməsi və məhsulların sertifikatlaşdırılması və s. məsələlər razılaşdırılıb.

ÜTT üzvləri Ukrayna nümayəndə heyətinin Təşkilata üzv olmaq üçün öhdəliklərin hazırlanmasının yüksək səviyyəsini qeyd edib. İşçi qrupunun rəhbəri, ÜTT-də Çilinin daimi nümayəndəsi Mario Matusanın fikrincə, növbəti iclas "danışıqların başa çatması üçün əsas məşq" ola bilər.

Xəbər lenti

Xəbər lenti