...

Ekspert: Azərbaycanın tikinti şirkətləri üçün yeni vergiqoyma sisteminin tətbiqi daşınmaz əmlak bazarında qiymət artımına səbəb olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2007 18:13 (UTC +04:00)
Ekspert: Azərbaycanın tikinti şirkətləri üçün yeni vergiqoyma sisteminin tətbiqi daşınmaz əmlak bazarında qiymət artımına səbəb olacaq

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın tikinti şirkətləri üçün yeni vergiqoyma sisteminin tətbiqi daşınmaz əmlak bazarında qiymət artımına səbəb olacaq. Bunu cümə axşamı İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.

"Vergi artımı tikilən binalara çəkilən xərclərin artmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmlakın qiymətində öz əksini tapacaq" - deyə İbadoğlu bildirib.

Nazirlər Kabinetində tikinti şirkətlərinin vergiqoyma sistemində yeni əmsallar nəzərdə tutulur. Onların təsdiqindən sonra tikinti şirkətlərinin yeni vergiqoyma sisteminin tətbiq edilməsi gözlənilir.

Yeni sistemin tətbiqindən sonra yerli tikinti şirkətləri bir kvadrat metr üçün 10 manat ödəyəcək və yaşayış binasının tutduğu ərazidən asılı olaraq əmsallar tətbiq olunacaq.

Şəhərin mərkəzində əmsal 50 manata bərabər olacaq və yaşayış binasının yerləşdiyi ərazidən asılı olaraq dəyişəcək.

Tikinti şirkətlərinin müvafiq ödənişlər sistemi 2 illik müddətə tətbiq olunub və hər kvartalda ümumi məbləğin 12,5%-i ödəniləcək. İki il üçün nəzərdə tutulan ödənişlərin ümumi məbləği 8 bərabər hissəyə böyünüb. İbadoğlunun sözlərinə görə, əmlakın qiymətinin qalxmasından əhalinin yoxsul təbəqəsi əziyyət çəkəcək.

Bakıda bir mənzilin orta qiyməti iyul ayında 86,5 min dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti