...

ATON-un eksperti: "İstehlakçı krediti" ilə bağlı qanun layihəsi qeyri-bank təşkilatları vasitəsilə kreditləşmə sisteminin meydana gəlməsinə səbəb ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2007 14:06 (UTC +04:00)
ATON-un eksperti: "İstehlakçı krediti" ilə bağlı qanun layihəsi qeyri-bank təşkilatları vasitəsilə kreditləşmə sisteminin meydana gəlməsinə səbəb ola bilər

Azərbaycan, Bakı /l Trend , müxbir A.Bədəlova/ ATON inrvestisiya şirkətinin analitik departamentinin iqtisadçısı Vladimir Osakovski hesab edir ki, "İstehlakçı krediti" ilə bağlı qanun layihəsinin qəbul edilməsi qeyri-bank təşkilatları vasitəsilə fəaliyyət göstərən kreditləşmənin alternativ sisteminin meydana gəlməsinə səbəb ola bilər.

Rusiyanın Maliyyə Nazirliyi "İstehlakçı krediti" ilə bağlı qanun layihəsinin yeni variantını hazırlayıb. Qanun layihəsinin yalnız kredit təşkilatları arasında paylanması nəzərdə tutulur. Son yarım il ərzində Maliyyə naziri dəfələrlə digər nazirlik və orqanlar tərəfindən narazılıqlar üzündən, qanun layihəsini yenidən hazırlayıb. Layihənin yeni versiyasını işləyib hazırlayanlar qanunun fəaliyyətini yalnız banklara şamil etməyi və yalnız pul vəsaitləri qismində verilən kreditləri "istehlakçı" krediti adlandırmağı təklif ediblər. Lakin bazarın iştirakçılarının fikrincə, bu qanun layihəsi qeyri-bank təşkilatları vasitəsilə kreditləşmə sisteminin meydana gəlməsinə səbəb ola bilər.

"Məlumdur ki, əgər istehlakçı kreditləşməsi prosesi ciddi nizamlama çərçivəsində keçirilərsə, bu zaman onun fəaliyyəti bank təşkilatları ilə məhdudlaşacaq və banklar tərəfindən müvafiq kreditlər verəcək qeyri-bank təşkilatlarının yaradılması vasitəsilə bu qanunundan yayınmanın müxtəlif yolları meydana çıxacaq" - deyə Osakovski bildirib.

Onun sözlərinə görə, bu prosesin miqyası qanun layihəsinin tələblərinin nə dərəcədə kəskin olmasından asılı olacaq. "Əgər söhbət mövcud vəziyyətin nizamlanmasından və istehlakçı kreditlərinin verilməsi və qeydə alınması prosedurlarının formalizasiyasından gedirsə, kreditləşmənin təklif olunan bu alternativ sxemi çox az sayda bankı əhatə edəcək. Əgər qanun nə qədər sərt olarsa, bu sxemlərlə maraqlananların dairəsi obyektiv olaraq genişlənəcək". Ekspert belə hesab edir.

"Eyni zamanda, mən hesab etmirəm ki, iri Rusiya, o cümlədən, xarici banklar kreditləşmənin bu kimi adi bir sxemi ilə maraqlanacaqlar" - deyə Osakovski əlavə edib.

Xəbər lenti

Xəbər lenti