...

Yeddi ay ərzində "AtaSığorta" şirkətinin sığorta haqları iki dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ "AtaSığorta" şirkəti yeddi ay ərzində 2,9 mln. manat məbləğində sığorta haqqı toplayıb ki, bu da ötən ilin analoji dövr göstəriciləri ilə müqayisədə 51,1 faiz çoxdur. Bu barədə şirkətin məlumatında bildirilir.

Hesabat dövründə "AtaSığorta"nın sığorta ödənişləri 363 min manatdan çox təşkil edib. 2006-cı ilin yeddi ayı ərzində şirkətin sığorta haqları 225,8 min manata yaxın sığorta ödəmələri ilə bərabər təxminən 1,9 mln. manat təşkil edib.

"AtaSığorta" SC 2004-cü ildən fəaliyyət göstərir. Şirtkətin nizamnamə kapitalının ödəmələri 2 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti