Ukrayna, Kiyev, 25 yanvar / " müxbir Z.Novosvitski / Azərbaycan "Odessa-Brodı" neft kəmərinə "avers" rejimində öz neftini göndərib və ildə 5 mln. ton neftin emal edilməsi üçün "Neft emalı kompleksi "Qalikina" (Droqobıçski NEZ, Lvov vilayəti) və "Neftoximik Prikarpatya" ASC-yə (Nadvirnyansk NEZ, İvanovo-Frankovsk vilayəti) çatdırılmasını təmin edə bilər.
Bu barədə yanvarın 24-də Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Ukraynanın Yanacaq və Energetika naziri Yuri Prodanla görüşündə bəyan edib,- Ukraynanın Yanacaq və Energetika Nazirliyinin mətbuat xidməti məlumat verir.
Hazırda Odessa-Brodı neft kəməri "avers" rejimində Rusiya neftini Brodıdan Qara dənizin cənub limanına nəql edir.
Görüşdə Ukrayna naziri bəyan edib ki, 2008-ci ilin mayında Kiyevdə keçirilməsi nəzərdə tutulan Erergetika sammitinədək Ukrayna tərəfi Azərbaycana Baltik-Qara dəniz-Xəzər dənizi enerji nəqliyyatı dəhlizinin ümumi Konsepsiyasını müzakirə etmək üçün təqdim edəcək.