...

Yanvarda Azərbaycan 850 mln. kubmetrdən artıq qaz alıb

Energetika Materials 4 Fevral 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / " / 2008-ci ilin yanvarında Azərbaycan müxtəlif mənbələrdən 877 mln. 204 min kubmetr qaz alıb,-- Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında deyilir.

Ümumi həcmdən 557 mln. 841 min kubmetri Azərbaycan Dövlət Neft Şirkətinin istismar etdiyi yataqlardan və 319 mln. 363 min kubmetri - xarici şirkətlərin konsorsiumundan əldə edilib.

Xarici şirkətlərin hasil etdikləri qazın ümumi həcmindən 138 mln. 432 min kubmetri - "Azəri"-"Çıraq"-"Günəşli" yatağının səmt qazı və 180 mln. 931 mini - "Şahdəniz" yatağının qazıdır.

Xəbər lenti

Xəbər lenti