...

ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsinin operatoru olub

Energetika Materials 6 Fevral 2008 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / " Trend ", müxbir S.Əliyev, V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynəlxlq Əməliyyat Şirkəti (ABƏŞ) Bakı-Novorossiysk boru kəmərinin Azərbaycan hissəsi üzrə operatorluğun verilməsinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, marşrutun operatoru ARDNŞ olacaq. Bu barədə çərşənbə günü ARDNŞ-dan bildiriblər.

"Təhvil-təslim (neft kəmərinin Azərbaycan hissəsinin) işləri (ABƏŞ ilə) başa çatdırılıb" - deyə ARDNŞ-dan vurğulayıblar.

ARDNŞ 1 tonu 15,67 dollar tarifi üzrə Bakı-Novorossiysk boru kəməri vasitəsilə hər il 2-2,5 mln. ton Azərbaycan nefti nəql edir. Bu boru kəməri ilə ARDNŞ-ın şəxsi vəsaiti hesabına quru və dəniz yataqlarından hasil etdiyi neft və xarici iştirak payı ilə birgə müəssisə və əməliyyat şirkətlərinin onşor yataqlarından istehsal etdiyi xammal nəql olunur. ABƏŞ böyük həcmli xammalın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə yönəldilməsi ilə əlaqədar "Azəri-Çıraq-Günəşli"dən hasil etdiyi xüsusi neft partiyasını Bakı-Novorossiysk vasitəsilə nəql edir.

Hazırda ARDNŞ Rusiyanın "Transneft" boru kəməri inhisarının Azərbaycanla bağlı müqavilə şərtlərinə yenidən baxılması məqsədi ilə Bakı-Novorossiysk boru kəməri üzrə neft nəqlinə dair mövcud nəqliyyat müqaviləsinin ləğv edilməsini təklif etməsi ilə əlaqədar olaraq bu boru kəməri vasitəsilə neft nəql etmir.

"Transneft" ilə ABƏŞ arasında nəqliyyat müqaviləsi 1997-ci ildə bağlanıb. Müqavilənin yenidən imzalanması məsələsi "Transnef" tərəfindən qaldırılıb. Bu, 2007-ci ildə müqavilənin şərtlərinə rəhbərlik edən ABƏŞ-in müqavilə üzrə hüquq və öhdəliklərinin ARDNŞ-a verilməsi barədə "Transneft"ə məlumat verməsindən sonra baş verib.

ARDNŞ-dan bildiriblər ki, ABƏŞ və ARDNŞ "Transneft" ilə mövcud olan nəqliyyat müqaviləsinin yenidən imzalanmasına lüzum görmür. ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə yalnız "Transneft"in sənədə müəyyən dəyişikliklər edilməsi təklifinə yol verməklə, Rusiya şirkəti ilə olan müqavilə bazasında nəql etməyə hazırdır.

ARDNŞ "Transneft" ilə yaranan vəziyyətlə bağlı Dübəndi (Bakının 47 km şimalında yerləşir) terminalından Gürcüstanın Qara dəniz Batumi limanına qədər dəmir yolu üzrə şəxsi neft ixracını başlamaq məcburiyyətindədir.

"Hazırda neftin dəmir yolu vasitəsilə Batumi limanına nəqli üçün texniki hazırlıq işləri gedir. Biz Gürcüstan limanından 80 min ton dedveytlik tanker yükləməyi planlaşdırırıq" - deyə ARDNŞ-dan bildiriblər. 80 min tonluq neftin Batumiyə bilavasitə nəql olunması üçün 10 gün tələb olunur.

ARDNŞ sonuncu dəfə Dübəndidən 1999-cu ildə neft yükləyib. Neftin ARDNŞ terminalında dəmir yolu sisternlərinə doldurulması üçün Dubayın "Middle East Petrol" şirkətinin hazırladığı eskadadan istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti