...

Azərbaycan neftinin qiyməti enib

Energetika Materials 19 Fevral 2008 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir A.Bədəlova / Fevralın 18 - də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $96,75/barelə çatıb. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumatda deyilir ki, bazar ertəsi neftin qiyməti, cümə günü ilə müqayisədə, $0,74/barel enib.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARNDŞ-dən bildiriblər ki, fevralın 18-də FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $95,43/barel təşkil edib və bu əvvəlki qiymətdən $0,74/barel azdır.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

Fevralın 18-də Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $89,83/barel təşkil edib və bu, əvvəlki qiymətdən $1,39/barel azdır.

Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Fevralın 18-də "Brent Dated" neftinin bir barelinin qiyməti $95,21/barelə çatıb və əvvəlki qiymətdən $1,42/barel az olub.

Xəbər lenti

Xəbər lenti