...

Azərbaycanın Dövlət Neft Şirkəti "Günəşli" yatağında yeni quyunun qazılmasını başa çatdırıb

Energetika Materials 30 May 2008 02:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/ Trend / Azərbaycanın Dövlət Neft Şirkəti "Günəşli" yatağında qazılan yeni quyunun istismarına başlayıb. Bu barədə ARDNŞ-ın cümə axşamı yayılan məlumatında deyilir.

"Günəşli- 8" platformasından qazılan quyunun sutkalıq debiti 40 ton neft və 71 min kubmetr qazdır. Quyu "28 may" neft-qazçıxarma idarəsi tərəfindən istismar olunur.

"Günəşli" yatağı Azərbaycanın Dövlət Neft Şirkətinin müstəqil surətdə işlədiyi ən iri yataqdır. ARDNŞ-ın neft və qaz hasilatının 60 faizi bu yatağın payına düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti