...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 7 Avqust 2008 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir A.Bədəlova / Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin avqustun 6-da qiyməti 1 barel üçün 116,63 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə 1 barrel üçün 1,79 dollar azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın avqustun 6-da qiyməti 1 barel üçün 114,91 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,64 dollar aşağıdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Avqustun 6-da URALS neftinin qiyməti 1 barel üçün 110,58 dollar təşkil edib. Bu öncəki qiymətdən 1,85 dollar azdır.

Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünün avqustun 6-da qiyməti 1 barel üçün 113,97 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 1,73 dollar azdır.

Xəbər lenti

Xəbər lenti