...

"Ekol" QSC yaxın vaxtlarda yeni avandalıq istismara verəcək

Energetika Materials 14 Avqust 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust/ Trend / Yaxın vaxtlarda "Ekol Muhendislik Xidmetleri" QSC neft şlamının emal qurğularına vurulması üçün Almaniyanın "Borger" şirkətinin istehsalı olan üç yeni hərəkətli rotor nasosunu istismara verəcək. Bu barədə QSC-nin cümə axşamı yayılan məlumatında bildirilir.

Yeni avadanlığın istismarı sifarişçi müəssisələrdə neft şlamının emalı sürətini artıracaq və ətraf mühitə zərərli təsirinin səviyyəsini azaldacaq.

Bir nasosun gücü saatda 150 kubmetrə bərabərdir. Qurğu səkkiz saat fasiləsiz işləyə bilər. Qurğu şlamı beş metr dərinlikdən çıxara və onu 20 metr hündürlüyə vura bilər.

Yeni avadanlıq QSC-nin əcnəbi həmtəsisçisinin sərmayələri hesabına aparılır. 2006 - cı il martın 1-də, Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün Ekol Muhendislik Xidmetleri QSC-nin təsisçiləri ARDNŞ (51 faiz) və Lancer S.A. Services (49 faiz) şirkətidir.

Xəbər lenti

Xəbər lenti