...

SOCAR emala göndərilən neftin həcmini açıqlayıb

Energetika Materials 27 Noyabr 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr/ Trend / Yanvar - oktyabrda SOCAR şirkəti tərəfindən 6,1 mln tondan çox neft emala verilib. Bu barədə şirkətin məlumatında bildirilir.

Oktyabrda emala 639,7 min ton neft göndərilib.

Azərbaycanda neft məhsulları, ümumi gücü ildə 20 mln. ton neft olan Bakının iki neft emalı zavodunun bazasında istehsal olunur. Hər iki zavod şəxsi vəsaitləri hesabına dənizdə və quruda yerləşən yataqlardan hər il təqribən altı mln. ton neft emal edən SOCAR-ın tərkibinə daxildir.

Azərbaycanda, 18 - i dənizdə, qalanları quruda yerləşən 57 neft - qaz yatağı var. Bu gün SOCAR-ın əməkdaş heyəti təqribən 63 min nəfərdir.

Heydər Əliyev adına Neft Emalı Zavodunda bu il beş mln. ton neft emalı nəzərdə tutulub. Zavodda aylıq xammal emalı planı 410 min tondur.

Xəbər lenti

Xəbər lenti