...

SOCAR xarici avadanlığı dəniz strukturunda yeni kəşfiyyat quyusunun qazılması üçün hazırlayır

Energetika Materials 26 Dekabr 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend / "Perspektivli "Ümid" dəniz qaz - kondensat strukturunda kəşfiyyat quyusu Çin istehsalı olan  yeni ZJ70/4500D qazma avadanlığından istifadə etməklə qazılacaq", - SOCAR - ın "Kompleks Qazma İşləri" trestinin idarəçisi İsgəndər Şirəli bildirib. Yeni avadanlığın köməyi ilə 7000 - 7500 dərinlikli quyular qazmaq olar.

Hazırda SOCAR ikibloklu "Ümid-1" platformasının ikinci blokunu quraşdırır. Perspektivli strukturda kəşfyyat quyusunu "Kompleks Qazma İşləri" tresti qazacaq.

Qazmanı 2009-cu ilin martında başlamaq planlaşdırılır.  Əvvəllər qazma 2008 - ci ilin sonuna planlaşdırılırdı. Qazma işlərinin yubanmasının əsas səbəbi platformanın tikintisinin gecikməsidir. Ümumilikdə platformadan beş quyu qazmaq planlaşdırılır, - mənbə əvvəllər bildirib.

"Ümid-1" dəniz platformasının istismarı SOCAR-a şəxsi vəsaitlər hesabına işlənilən yataqlardan qaz hasilatının artırlması üzrə proqramın reallaşdırılması çərçivəsində lazımdır. Proqrama əsasən, SOCAR-ın dövlətə verdiyi təbii qazın həcmi 8 mlrd. kubmetr təşkil etməlidir. Bu il SOCAR 8 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır ki, bunun da 7 mlrd. kubmetri dövlətə təhvil veriləcək.

Tikilib başa çatdırılmamış "Çıraq-6" platformasının bazasında tikilən "Ümid-1" platforması proqram çərçivəsində ən iri obyektdir - onun hündürlüyü 72 m təşkil edəcək. Platforma "Bulladəniz" dəniz yatağından 15 km məsafədə, suyun 58 m dərinliyində yerləşdiriləcək. Ümumilikdə platformadan altı quyu qazmaq planlaşdırılır, - SOCAR-dan əvvəllər bildiriblər.

SOCAR-ın geoloqları "Ümid" dəniz yatağında güman edilən qaz ehtiyatlarını 200-300 mlrd. kubmetr qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti