...

Gürcüstanda neft məhsullarının satışı sahəsində ən böyük vergi ödəyicisi -şirkət kimi SOCAR Georgia təsdiq edilib

Energetika Materials 22 Yanvar 2009 20:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/

Azərbaycanın SOCAR Georgia şirkəti neft məhsullarının satışı sahəsində çalışan təşkilat və şirkətlər arasında iki ən nüfuzlu nominasiyanın sahibi olub.

Neft məhsullarının idxalçıları, istehsalçıları və istehlakçıları birliyinin araşdırmaları nəticəsində, SOCAR Georgia ən böyük vergi ödəyicisi və ən böyük sərmayədar olub.

2008 - ci ilin yekunları üzrə mükafatlandırma cümə axşamı "Triumf" klubunda keçirilib.

SOCAR Georgia Gürcüstanın dövlət büdcəsinə 172 217 882 lari (1 dollar - 1,6880 lari) ödəyib.

Bu nominasiyada ikinci yerə 76 823 158 lari ilə "Vissol petroleum Corciya", üçüncü yerə 56 743 937 lari ödənişlə "Lukoyl Corciya" çıxıb.

SOCAR Georgia Gürcüstana 28 500 000 lari yatıraraq, ən böyük sərmayədar olub.

Fəxri fərmanlarla aşağıdakı nominasiyalarda qaliblər mükafatlandırılıb: ən geniş benzindoldurma məntəqələri şəbəsinə malik şirkət - "Vissol petroleum Corciya"; ən çox sayda əməkdaşın çalışdığı şirkət - "Vissol petroleum Corciya".

Ən böyük avtomobil yağları tədarükçüsü GT - qrup şirkəti olub.

Gürcüstanda bu tədbir ənənəvi xarakter daşıyır. Nominantlar aşağıdakılardır: 2004 - cü il - "Lukoyl Corciya" və "Kanarqo standart oyl", 2005 - ci il - "Lukoyl Corciya", 2006 - cı il - "Vissol petroleum Corciya", 2007 - ci il - "SOCAR Georgia".

Xəbər lenti

Xəbər lenti