...

"Nabukko" Avropa İttifaqı tərəfindən maliyyələşdirilməlidir – Macarıstanın Baş naziri

Energetika Materials 27 Yanvar 2009 20:26 (UTC +04:00)

Macarıstan, Budapeşt, 27 yanvar/ Trend , müxbir N.Popova/

"Nabukko" Avropa İttifaqının hesabına maliyyələşdirilən vahid Avropa layihəsi olmalıdır, - Macarıstanın Baş naziri Ferents Dürçan hesab edir.

"Aİ - nin yaxın həftələrdə "Nabukko" layihəsinin maliyyələşdirilməsinin başlamasına 200 - 300 mln. avro ayırması lazımdır - lakin borc deyil, kapital yatırımı şəklində", - Dürçan çərşənbə axşamı "Nabukko" üzrə Budapeşt sammitinin açılışında bildirib.

Onun sözlərinə görə, ümumilikdə Avropa İttifaqından 2 mlrd. avro məbləğində dəstək gözlənilir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu məbləği tamamlaya və layihəyə çəkiləcək xərcləri örtə bilərdi, - Dürçan deyib.

Budapeştdə "Nabukko"nun müdiriyyətinin yaradılması birgə qərarların işlənilməsi ilə bağlıdır, - o hesab edir.

"İştirakçı ölkələrin 2009 - cu il iyunun 30 - dək layihədə iştirak üzrə hökumətlərarası müqavilələr imzalamaları vacibdir", - Baş nazir qeyd edib.

"Enerji təhlükəsizliyinin təmin edilməsi naminə nəinki qaz kəmərləri çəkəcək, həm də dünyanın digər regionlarından maye qaz alacağıq", - Dürçan deyib.

Onun rəyinə görə, Azərbaycan qaz təqdim etməyə, Türkmənistan onu öz sərhədlərində satmağa hazırdır və buna görə də "Nabukko" layihəsinin uğura şansları böyükdür.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti