...

Avropanın enerji təhlükəsizliyi üçün Türkiyənin Aİ-də olması vacibdir – Trend-in icmalçısı

Energetika Materials 7 Aprel 2009 18:31 (UTC +04:00)

Elmira Tariverdiyeva, Trend-in Avropa redaksiyasının icmalçısı

Vaşinqtonun Rusiyadan yan keçərək qaz təchizatının Avropaya diversifikasiyası Amerikanı Aİ üçün vacib olan Türkiyə vasitəsilə enerji təchizatı probleminin həlli istiqamətində mühüm addımlar atmağa vadar edir.

ABŞ Prezidenti Barak Obama bazar günü Aİ-ABŞ qeyri-rəsmi sammitində çıxış edərək Türkiyənin Aİ sıralarına can atdığını dəstəkləsə də, onun çağırışı Brüsseldə Avropa Şurası ölşkələri arasında cavabsız qarşılandı.  

Əslində, bu bəyanatın bir mənası var: qaz kəmərinin Türkiyədən keçməsinə can atan ABŞ Avropanı Ankaranın siyasi və iqtisadi spekulyasiyasından sığortalamağa və tamamilə qaz müharibəsinin "Ukrayna variantını" istisna etməyə çalışır.

ABŞ-ın dəstəklədiyi hər üç qaz kəməri vasitəsilə - "Nabukko", Transadriatik qaz kəməri və "Poseydon" (Türkiyə-Yunanıstan-İtaliya) - qaz Rusiyadan yan keçərək Qafqaz və Orta Asiya regionlarından Avropaya çatacaq. Amma Avropadan öncə kəmər Türkiyə ərazisindən keçməlidir. Qazın Avropaya diversifikasiyası hər üç halda Ankaradan asılıdır. Avropa İttifaqını isə "cəzalandırmağa" Türkiyədə kifayət qədər səbəb var.

Türkiyə uzun illərdir Aİ sıralarına daxil olmaq üçün danışıqlar aparsa da, təşkilatın bir sıra üzv ölkələri Ankaranın qəbul edilməsinin əleyhinə çıxırlar.

Bu səbəbdən Türkiyənin mövqeyi nəzərdə tutulan layihədə iştirak edəcək bütün ölkələrdə narahatlığa səbəb olur.

Hazırda Türkiyə də bütün sadalanan qaz layihələrini dəstəkləyir, Aİ və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirir. Türkiyənin energetika naziri Gülər dəfələrlə Avropa İttifaqını "Nabukko" layihəsi ilə bağlı daha aktiv addımlar atmağa səsləyib və Mərkəzi Asiya ölkələrini inandırmağa çalışıb ki, onlar tez bir vaxtda qərar qəbul edib Türkiyə vasitəsi ilə qaz təchizatına zəmanət versinlər.

Hadisələr belə inkişaf edərsə Azərbaycan və Mərkəzi Asiyadan Avropaya çatdırılacaq qazın nəqlində Türkiyə ən mühüm nöqtə rolunu oynamaq iddiasındadır. Türkiyənin Avropa ilə bazarlıq etmək üçün əlinə yaxşı imkan düşür.   

Əslində ərazisindən Avropa üçün nəzərdə tutulan qazı buraxmaqla vahid Avropanın Türkiyənin Aİ-yə qəbul olunmaq istəyi mövqeyindən çıxış edərək, Ankara özünün siyasi şərtlərini irəli sürə bilər.

Bu kimi obyektiv faktorları nəzərə alaraq Prezident Obama anlayır ki, Türkiyənin Aİ-yə qəbulu və Xəzər regionundan Avropaya qaz tranziti əlaqəli məsələlərdir.

Digər tərəfdən Ankara anlamalıdır ki, Avropada Rusiya təchizatından savayı, Türkiyə tranzitindən də asılı olmamaq istəyi baş qaldıra bilər. Artıq indi Aİ təbii qazı Xəzər regionundan Azərbaycan, Gürcüstan vasitəsilə Qara dənizin dibi və Ukrayna vasitəsilə Mərkəzi Avropaya çatdırılması barədə ciddi düşünür. Bu baş verərsə Türkiyə layihədən kənarda qalacaq. Rəsmi Ankara isə Avropa İttifaqının mövqeyinə təsir vasitələrini tamamilə itirə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti