...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri təqribən 11 mlrd. dollar təşkil edir – fond rəhbəri

Energetika Materials 27 Aprel 2009 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir İ.Xəlilova /

2009-cu il birinci rübün yekunları üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 1349,2 mln. manat, xərcləri 1,398,7 mln. manat təşkil edib. Bu barədə fondunun icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib.

Fonda daxilolmaların böyük hissəsi mənfəət neftinin satışından əldə olunub. Neft müqavilələrinin reallaşdırılmasından əldə olunan gəlirlər 1,274 mlrd. manat səviyyəsində olub, o cümlədən mənfəət nefti və qazının satışından 1,272 mlrd. manat, tranzitdən 2,1 mln. manat, Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə dvidentlərdən 0,1 mln. manat, xarici sərmayədarların öz aktivlərini təhvil verməsindən 0,1 mln. manat gəlir əldə olunub.

Fondun xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 8,4 mln. manat ayrılıb. Fonddan dövlət büdcəsinə köçürmələr 1330 mln. manat təşkil edib.

ARDNF vəsaitləri hesabına Samur-Abşeron suvarma sisteminin yenidənqurulması və Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilməsi layihələrinə müvafiq olaraq 46,3 mln. manat və 11,3 mln. manat ayırılıb. Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsinin maliyyələşdirilməsi üçün 0,4 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 1,1 mln. manat vəsait ayrılıb.

Birinci rübdə fondun idarə edilməsi üzrə xərclər 1,2 mln. manat, fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə büdcədən kənar xərcləri 215,8 mln. manat təşkil edib.

Fondun 2009-cu il aprelin 1-nə olan aktivləri 8 721,4 mln. manat ($10863,9 mln.) təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti