...

"Nabukko" layihəsinin həyata keçirilməsi bütün maraqlı tərəflərin səylərini tələb edir - Türkiyənin Baş naziri

Energetika Materials 28 Sentyabr 2009 13:13 (UTC +04:00)
Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutuan "Nabukko" qaz kəməri layihəsinin həyata keçirilməsi bütün maraqlı tərəflərin səylərini tələb edir, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trend News-a müsahibəsində bildirib.
"Nabukko" layihəsinin həyata keçirilməsi bütün maraqlı tərəflərin səylərini tələb edir - Türkiyənin Baş naziri

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir N.Boqdanova /

Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutuan "Nabukko" qaz kəməri layihəsinin həyata keçirilməsi bütün maraqlı tərəflərin səylərini tələb edir, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trend -a müsahibəsində bildirib.

"Layihənin həyata keçirilməsi üçün bütün maraqlı tərəflərin səyləri vacibdir", - Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə əsasən, bu layihənin bir hissəsi artıq həyata keçirilib. "Bu yaxınlarda biz bir sıra Avropa ölkələri ilə müqavilə imzaladıq", - o bildirib. İyul ayında Ankarada tranzit ölkələr arasında layihə üzrə hökumətlərarası müqavilə imzalanıb.

Türkiyə "Nabukko" layihəsinin səhmdarlarından biridir. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya və Almaniyadır.

Bu ay Türkiyə Baş nazirinin Nyu-Yorka səfəri zamanı onun Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhəmmədov ilə görüşü keçirilib. Görüşdə "Nabukko" layihəsinə dair məsələlərə toxunulub.

Azərbaycan ilə yanaşı, Türkmənistan da boru kəməri üçün qaz tədarükü mənbəsi qismində nəzərdən keçirilir.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti