Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir N.İsmayılova /
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov dünən ABŞ-ın energetika nazirinin müavini Daniel Panemanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, bu barədə fondun məlumatında deyilir.
Mövsümov fondun fəaliyyəti, fondun vəsaitlərinin idarəsi, fondun Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün tətbiqi (EITI) prosesində aparıcı rolu barədə danışıb, ADNF-nın məlumatında deyilir. O həmçinin fondun maliyyələşdirdiyi layihələrin inkişaf üçün oynadığı əhəmiyyəti qeyd edib.
Paneman fondun EITI-nin tətbiqi və fondun fəaliyyətinin səmərəliliyinin təmin edilməsi sahəsindəki nailiyyətləri yüksək qiymətləndirib.
Görüşdə tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlıq və onun perspektivləri, suveren fondlar, Azərbaycanda neft sektorunun rolu, qeyri-neft sektorunun inkişafı barədə fikir mübadiləsi aparıblar.