...

"Şah Dəniz" yatağındakı yeni quyu 2010-cu ilin ikinci yarısında istismara veriləcək

Energetika Materials 8 Dekabr 2009 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şah Dəniz" qaz-kondensat yatağında yeni hasilat quyusunun 2010-cu ilin payızında istismara verilməsi planlaşdırılıb, çərşənbə axşamı neft-qaz bazarındakı mənbə deyib.

"Qazma işləri aparılacaq. Yeni quyu gələn ilin oktyabr ayına istismara verilməlidir", - o deyib.

Hökumətdən digər mənbə əvvəllər bildirib ki, yeni quyunun qazılması işlərinə 2010-cu ildə başlanması planlaşdırılır.

Həmçinin ilin sonunadək hasilat platformasındakı 5 quyudan biri ləğv edilməlidir. "Əsas səbəb quyunun texniki vəziyyətinin pis olmasıdır. "Ləğvetmə işləri hələ davam edir, lakin ilin sonunadək quyu ləğv ediləcək", - o əlavə edib.

Neft-qaz bazarındakı mənbə daha əvvəllər deyib ki, ləğvetmə işləri yaydan başlayıb və hazırda işlər davam edir. Quyunun ləğvi hasilata təsir etməyəcək. "Hasilat hər zaman artırıla bilər", - mənbə əlavə edib. İlin əvvəlində platformanı riskə atmamaq üçün quyunun ləğvi barədə qərar qəbul edilib. Hazırda yataqda hasilat 4 quyuda aparılır.

"Şah Dəniz" yatağında bu ilə proqnozlaşdırılmış hasilat 7,2 milyard kubmetr qaz təşkil edir. Əvvəllər BP şirkəti (layihənin operatoru) 7,7 milyard kubmetr səviyyəsində hasilat proqnozlaşdırmışdı. ARDNŞ nümayəndəsinin sözlərinə görə, ən yüksək hasilat (8,6 - 9 milyard kubmetr qaz) gələn il əldə olunacaq.

Platformanın dayandırılmasına qədər yataqda sutkalıq hasilat 14-15 milyon kubmetr qaz təşkil edib. Qaz Cənubi Qafqaz boru kəməri ilə Türkiyə və Gürcüstana nəql edilib.

"Şah Dəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti