...

ARDNŞ Azərbaycan regionlarına qaz çəkilişi üzrə işləri davam etdirir

Energetika Materials 10 Fevral 2010 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend /

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Azərbaycanın Salyan rayonunun 14 kəndinə qaz çəkilişi məqsədi ilə layihə-smeta sənədləri hazırlayır. Bu barədə ARDNŞ-in məlumatında bildirilir.

Bu rayonun iki kəndinə qaz çəkilişi üzrə layihə-smeta sənədləri artıq ötən il hazırlanmışdı.

Əvvəllər Salyan rayonunda 48 kəndə qaz çəkilib, hazırda onlardan yalnız 16-na qaz verilir. Digər rayonlara qaz verilməsinin bərpası məqsədi ilə 2009-cu ilin sonunda layihələndirmə işlərinə başlanılıb.

Son altı ayda 315 mənzilə qaz verilməsi bərpa olunub, həmçinin 101 yeni mənzilə qaz çəkilib.

Həmçinin qaz itkisinin aradan qaldırılması məqsədi ilə Şirvan şəhərinin (13957 abonent) əhalisi arasında 98,2 faiz abonent qaz sayğacları ilə təmin olunub.

Ötən il ərzində şəhərdə müxtəlif ölçüdə 1920 metr uzunluğunda boru çəkilib.

Xəbər lenti

Xəbər lenti