...

BP "Şahdəniz" layihəsində qalacaq - sənaye və energetika naziri

Energetika Materials 19 İyul 2010 11:00 (UTC +04:00)
BP şirkəti Azərbaycanın iri qaz kondensat yatağı olan "Şahdəniz" layihəsi çərçivəsində əməliyyatları davam etdirəcək. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bazar günü Batumidə "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
BP "Şahdəniz" layihəsində qalacaq - sənaye və energetika naziri

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Axundov/

BP şirkəti Azərbaycanın iri qaz kondensat yatağı olan "Şahdəniz" layihəsi çərçivəsində əməliyyatları davam etdirəcək. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bazar günü Batumidə "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Biz əsas tərəfdaşımız kimi, BP-nin və ya digər sərmayədarların dəyişdirilməsi imkanlarını nəzərdən keçirmirik. Konsorsium ["Şahdəniz"in işlənməsi üzrə] artıq yaranıb. İşlər yaxşı gedir və bu, müzakirə olunmur", - o bildirib.

Bundan əvvəl dünya KİV-də bp-nin öz aktivlərinin bir hissəsini satacağı, əldə olunan vəsaiti isə Meksika körfəzindəki quyuda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına yönəldəcəyi barədə ehtimallar səslənirdi.

Nazirin sözlərinə görə, Rusiyanın "Qazprom" şirkəti "Şahdəniz" yatağından daha çox qaz ala bilər, lakin ["Qazprom"un] yataqdakı payını satmaqla bağlı planları yoxdur.

Bundan əvvəl "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller deyib ki, şirkət üçün BP-nin Azərbaycanın iri "Şahdəniz" layihəsindəki payını almaq maraqlı olardı, lakin o bildirib ki, "Qazprom"a belə müraciətlər daxil olmayıb.

"BP qalacaq. Mən istəməzdim ki, bp layihəni tərk etsin", - nazir Natiq Əliyev bildirib.

"Şahdəniz" yatağından çıxarılan qaz Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə ixrac olunur. Həmçinin, Azərbaycan da qaz alıcısı kimi çıxış edir.

Xəbər lenti

Xəbər lenti