...

İran ilk dəfə olaraq kömür ixrac edib

Energetika Materials 29 İyul 2010 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Cümə axşamı İran ilk dəfə olaraq daş kömür ixrac edib. Bu barədə İranın Kirman əyalətinin Dəmiryol İdarəsinin direktoru Məhəmməd Tağı Səfəri bildirib. Məlumatı IRNA agentliyi yayıb.

700 ton həcmində kömür Zərənd dəmir yolu ilə Türkiyəyə göndərilib.

"Türkiyə ilə İran arasında imzalanmış müqaviləyə görə, Zərənd dəmir yolu ilə Türkiyəyə sutkada 700-800 ton daş kömür ixrac olunacaq", - Səfəri deyib.

İranın Kirman əyalətində daş kömür və dəmir filizi çıxarılır.

Xəbər lenti

Xəbər lenti