...

ARDNŞ-in Kulevi neft terminalının keyfiyyət menecmenti sistemi uğurla tətbiq edilib

Energetika Materials 24 Avqust 2010 14:37 (UTC +04:00)
Keyfiyyət menecmenti sisteminin (KMS) uğurla tətbiq edilməsi şirkətin keyfiyyətli fəaliyyətinin qarantıdır.
ARDNŞ-in Kulevi neft terminalının keyfiyyət menecmenti sistemi uğurla tətbiq edilib

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Keyfiyyət menecmenti sisteminin (KMS) uğurla tətbiq edilməsi şirkətin keyfiyyətli fəaliyyətinin qarantıdır. KMS-in qüvvədə olması şirkətin yaxşı təşkil olunmasına, vəzifə və prosedurların düzgün bölüşdürülməsinə, iş texnologiyasına riayətin edilməsinə, sənədləşmiş və bütün şəxsi heyətə məlum operativ təlimatların olmasına, görülən işlərin nəzarət edilməsinə və əlbəttə, öz işini düzgün yerinə yetirə bilən peşəkar və yaxşı təlim keçmiş şəxsi heyətin olmasına sübutdur. Bu barədə ARDNŞ-in Kulevi neft terminalının rəsmi internet-saytında yerləşdirilmiş məlumatında deyilir.

ISO 9001 beynəlxalq standartların bütün tələblərinə cavab verən Kulevi neft terminalının KMS-i 2008-ci ildə sertifikatlaşmadan və 2009-cu ildə nəzarət auditindən uğurla keçib.

Məlumatda deyildiyinə görə, Kulevi terminalının rəhbərliyi əldə olunanla kifayətlənməyərək, daim keyfiyyət menecmenti sisteminin səmərəliliyinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir. Təşkilat ildə iki dəfə daxili auditi aparır. Son daxili audit cari ilin iyulunda olub.

Kulevi terminalı daxili auditləri təlim keçmiş şəxsi heyətinin vasitəsilə aparır. Ötən həftə terminalın auditorlardan ibarət komandası ISO 9001 standartlar üzrə "Moody International" Şirkətinin keçirdiyi daxili audit treninq kurslarını təkrarən aparıb. Bu dəfə daxili auditin  effektivliyinin artırılması məqsədilə mövcud daxili auditorlar komandasından başqa, kursu, əlavə olaraq, müxtəlif departamentlərin bir neçə əməkdaşı da keçib.

Xəbər lenti

Xəbər lenti