...

Beşinci quyu istismara verildikdən sonra "Şahdəniz" yatağında hasilat artacaq

Energetika Materials 24 Sentyabr 2010 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında beşinci hasilat quyusu istismara verildikdən sonra sutkalıq ümumi hasilat 26 milyard kubmetrə yaxın olacaq. Bu barədə cümə günü ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Quyunun ilin sonunadək istismara veriləcəyi gözlənilir. İndi onun dərinliyi layihələşdirilən yeddi min metrdən altı minə yaxındır.

Hazırda yataqda dörd hasilat quyusundan sutkalıq debit 22-23 milyon kubmetr qaz səviyyəsindədir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur.

"Şahdəniz" yatağında bu ilə proqnozlaşdırılmış hasilat 7,84 milyard kubmetr qaz təşkil edir. Yataqda ən yüksək hasilat həddi 8,6-9 milyard həcmində nəzərdə tutulur. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı ildə 25 milyard kubmetrə çatdırıla bilər.

Xəbər lenti

Xəbər lenti