...

"Abşeron" strukturunda kəşfiyyat quyusunun qazılması yubanır

Energetika Materials 1 Oktyabr 2010 17:39 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı perspektiv "Abşeron" qaz-kondensat strukturunda kəşfiyyat quyusunun qazılmasına dekabrın ikinci yarısında və ya gələn ilin əvvəlində başlanılacaq. Bu barədə neft-qaz bazarındakı mənbə bildirib. Bundan əvvəl quyunun dekabrın birinci yarısında qazılması nəzərdə tutulmuşdu.

Kəşfiyyat quyusunun qazılması Heydər Əliyev adına qazma qurğusundan (operator Maersk Drilling) həyata keçiriləcək. Qurğu hazırda "Balıqqulağı-dəniz" strukturunda kəşfiyyat quyusunun qazılması üçün Xəzərin Qazaxıstan sektorundadır və orada üç ay ərzində olacaq. "Abşeron" strukturunda qazma işləri yalnız dekabrın sonunda və ya gələn ilin əvvəlində başlayacaq", - mənbə deyib.

ARDNŞ geoloqlarının qiymətləndirmələrinə görə, "Abşeron" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edə bilər.

"Abşeron" bloku Bakıdan 100 km aralıda, suyun 500 metr dərinliyində yerləşir.

"Abşeron" layihəsinin iştirakçıları: ARDNŞ - 40%, Fransanın TOTAL şirkəti - 40% , "Gaz De France Suez" - 20%.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu il fevralın 27-də ARDNŞ və TOTAL arasında imzalanıb. TOTAL daha sonra müqavilədəki iştirak payının 20%-ni "Gaz De France Suez" şirkətinə verib.

Xarici şirkətlər artıq ikinci dəfədir ki, "Abşeron" perspektiv strukturunda ticari cəlbedici karbohidrogenlərin hasilatına başlamağa cəhd edirlər. 1997-ci ildə layihədə 50%-lik iştirak payı əldə edən ARDNŞ ilə ABŞ-ın "ChevronTexaco" (şirkət iştirak payının 30%-ni layihənin operatoruna verib) və TOTAL arasında bu sahənin işlənməsi və kəşfiyyatına dair PSA tipli ilk müqavilə imzalanıb. Lakin kəşfiyyat quyusunun qazılmasından sonra yataqda aşkar edilmiş ehtiyatlar kommersiya baxımından cəlbedici olmadığından müqavilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti