...

Kulevi neft terminalı sahilbərkitmə işləri aparır

Energetika Materials 19 Yanvar 2011 18:37 (UTC +04:00)
ARDNŞ-nin Kulevi neft terminalı dəmiryol və Kulevi limanının sahil zonası yaxınlığında Rioni çayının sahilinin bərkidilməsi çərçivəsində işlər aparır.
Kulevi neft terminalı sahilbərkitmə işləri aparır

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

ARDNŞ-nin Kulevi neft terminalı dəmiryol və Kulevi limanının sahil zonası yaxınlığında Rioni çayının sahilinin bərkidilməsi çərçivəsində işlər aparır. Bu barədə çərşənbə günü terminalın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Sahilbərkitmə işləri terminalın vacib vəzifələrindən biridir.

Limanda dənzi sahilinin bərkidilməsi üçün terminal liman su texniki qurğularının fırtına dalğalarından qorunması üçün nəzərdə tutulan tetrapodlardan istifadə edir.

Rioni çayının sahilini bərkitmək üçün dəmiryol yaxınlığında terminal bazalt daşlar kimi qoruyucu materiallardan istifadə edir. İndi bu istiqamətdə layihə işləri aparılır. Onların başa çatması 2011-ci ilin yayına planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti