...

Azərbaycanda əsas istehsalçıların avtomobil benzini və dizel yanacağı ehtiyatları artıb

Energetika Materials 15 Aprel 2011 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

2011-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatı 311 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8 faiz azdır. Bu barədə cümə günü Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

Aprelin1-nə avtomobil benzini ehtiyatı 16,9 min ton olub ki, bu da 2010-cu ilin aprelində qeydə alınan göstəricidən 3 faiz çoxdur.

Əsas istehlakçıların dizel yanacağı ehtiyatı, aprelin 1-nə olan məlumata əsasən, 15,2 min ton təşkil edib ki, bu da ötən ilin ilin analoji göstəricisindən 6,2 faiz çoxdur.

İstehlakçılarda maye qazın ehtiyat həcmi 1,8 min ton olub ki, bu da 2010-cu ilin anoloji göstəricisindən 12,5 faiz çoxdur.

Cari ilin yanvar-mart aylarının yekunlarına görə, istehlakçılarda daş kömür ehtiyatları 5,5 min ton olub. Bu da ötən ilin göstəricisindən 5,2 faiz azdır.

Xəbər lenti

Xəbər lenti