...

ARDNŞ dəniz yatağında lay sularının təmizlənməsi üzrə qurğuda işləri başa çatdırır

Energetika Materials 28 İyun 2011 18:49 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev "Neft Daşları" dəniz yatağına səfəri çərçivəsində Lay təzyiqinin saxlanılması sexində olub, köhnəlmiş hidrotexniki qurğuların demontaj edilməsi işləri ilə maraqlanıb.
ARDNŞ dəniz yatağında lay sularının təmizlənməsi üzrə qurğuda işləri başa çatdırır

Azərbaycan, Bakı, 28 iyun /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev "Neft Daşları" dəniz yatağına səfəri çərçivəsində Lay təzyiqinin saxlanılması sexində olub, köhnəlmiş hidrotexniki qurğuların demontaj edilməsi işləri ilə maraqlanıb.

Trend-in ARDNŞ-yə istinadən yaydığı məlumata görə, şirkət prezidentinə məruzə edilib ki, gəmilərin sərbəst şəkildə əraziyə yan alması və işləmələri üçün bu hissədə köhnə estakadalar sökülüb, istismar olunan neft-qaz xətlərinin yeri dəyişdirilərək suyun altı ilə çəkilib. Abdullayev bu işlərin sürətləndirilməsi məqsədi ilə müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.

"FL Smidth" şirkətinin istehsalı olan yeni qurğu sutkada 3550 kubmetr lay suyunun neftdən və qumdan təmizlənərək 85 nömrəli meydançadan utilizasiya quyularına vurulması işini həyata keçirəcək.

1949-cu ildən işlənən "Neft Daşları" neft-qaz yatağının qalıq ehtiyatları 182 milyon ton nefti ötür. Bu yatağın geoloji ehtiyatlarının həcmi 365 milyon ton təşkil edir. Qüvvədə olan layihəyə uyğun olaraq "Neft Daşları" yatağının işlənməsi 2035-ci ildə başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti