...

Quba rayonunun Qımılqazma və Küsnətqazma kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib

Energetika Materials 29 İyun 2011 17:53 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən iyunun 29-da Quba rayonunun Qımılqazma və Küsnətqazma kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Quba rayonunun Qımılqazma və Küsnətqazma kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən iyunun 29-da Quba rayonunun Qımılqazma və Küsnətqazma kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə çərşənbə günü ARDNŞ-nin məlumatında deyilir.

Qımılqazma və Küsnətqazma kəndlərinin qazlaşdırılması məqsədilə aparılan tikinti işləri zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 23000 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 207 ədəd sayğac və 19 ədəd siyirtmə quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti