...

Azərbaycan 280 kiçik SES tikəcək

Energetika Materials 22 Sentyabr 2011 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda Azərbaycanın müxtəlif regionlarında 36 kiçik SES tikiləcək. Bu barədə cümə axşamı Bakıda keçirilən "Power generation world Caspian 2011" konfransında "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) İnvestisiya şöbəsinin rəhbəri Rafael Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda artıq 10 elektrik stansiyası tikilir. "Azərenerji"nin planlarına ümumilikdə 280 kiçik SES tikilməsi daxildir.

Abbasov bildirib ki, kiçik su elektrik stansiyalarının tikilməsi elektrik enerjisinin tədarükünə sərf olunan vəsaitin azalmasına və ölkənin regionlarının inkişafının təmin olunmasına imkan verəcək.

Kiçik SES-nin yaradılması ölkəsə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı prosesinin bir hissəsidir.

Son zamanlar SC paylayıcı sistemin, o cümlədən "Abşeron-Mingəçevir" (300 kilometr) və "Sumqayıt-Hövsan" (100 kilometr) kimi iri EÖX-ün modernləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüb.

"Azərenerji" ətraf mühitə təsirin azaldılması məsələlərinə böyük diqqət ayırır. O cümlədən hazırda "Azərenerji"nin bütün enerji hasilatı gücləri tam şəkildə yanacaq kimi qazdan istifadəyə keçib.

Abbasov bildirib ki, bu gün "Azərenerji" elektrik enerjisi istehsalı gücləri üzrə Avropanın 50 iri enerji istehsal edən şirkətləri siyahısına daxildir. Habelə SC 1 kilovatt-saat elektrik enerjisinin istehsalında istifadə olunan yanacağın miqdarı parametrlərinə görə şirkətlər beşliyinə daxildir.

Xəbər lenti

Xəbər lenti