...

Azərbaycanda "Balakhani Operating Company"nin filialı qeydiyyata alınıb

Energetika Materials 6 Yanvar 2012 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda "Balakhani Operating Company" şirkətinin filialı qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Vergilər Nazirliyinin saytının "bir pəncərə" bölməsindəki məlumatda deyilir.

Nümayəndəliyin rəhbəri qismində Yurgen Şlossmaxer (AFR) çıxış edir. Şirkətin təsisçisi Ltd-dir (Virciniya adaları).

2010-cu ilin iyununda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və UGE-Lanser PTI şirkəti Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) müqavilə imzalayıblar. Müqavilə sahəsi 16,14 kvadratkilometr təşkil edir.

Müqavilə beş illik prolonqasiya ilə 25 il müddətinə imzalanıb. Müqavilədə iştirakın 75 faizi Lanser, 25 faizi isə ARDNŞ-nin payına düşür.

Balaxanı-Sabunçu-Ramana yataqları 1871-ci ildən istismara verilib.

Xəbər lenti

Xəbər lenti