...

Bakının enerji operatoru borclu abunəçilərə elektrik enerjisinin verilməsini dayandıracaq

Energetika Materials 16 Yanvar 2012 13:38 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC (elektrik enerjisinin paylanması və satışı) 18 yanvar saat 12:00-a qədər borclu abunəçilərə elektrik enerjisinin verilməsini dayandıracaq.
Bakının enerji operatoru borclu abunəçilərə elektrik enerjisinin verilməsini dayandıracaq

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC (elektrik enerjisinin paylanması və satışı) 18 yanvar saat 12:00-a qədər borclu abunəçilərə elektrik enerjisinin verilməsini dayandıracaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, borclu abunəçilərə elektrik enerjisinin verilməsi xəbərdarlıq edilmədən və fərdi qaydada dayandırılacaq.

Ödənişdən sonra elektrik enerjisinin verilməsi bir neçə gün ərzində bərpa ediləcək.

İstifadə edilmiş elektrik enerjisinə görə ödənişi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəniş məntəqələrində, eləcə də "Bakielektrikşəbəkə"nin www.bes.az. saytı vasitəsilə onlayn-rejimdə həyata keçirmək mümkündür.

Xəbər lenti

Xəbər lenti