...

ARDNŞ yeni qazma qurğusu tikəcək

Energetika Materials 10 Aprel 2012 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu il müasir tələblərə cavab verən və gələcəkdə modernləşdirilmə imkanı olan yeni üzən qazma qurğusunu tikməyə başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsi bildirib.

"Yeni üzən qazma qurğusunun istifadəsi üzrə prioritetlər ARDNŞ-də olacaq. Azərbaycanda neft-qaz layihələrinin reallaşdırılması və xüsusən, "Total" şirkətinin "Abşeron" yatağında öhdəlikləri və niyyətləri, habelə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin və digər işlərin reallaşdırılması nəzərə alınmaqla, ən azı üç qazma qurğusu lazımdır", - mənbə deyib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, yeni qazma qurğularının tikinti imkanlarının nəzərdən keçirilməsi prosesində infrastrukturun bütün xüsusiyyətləri və ölkədə layihələrin reallaşdırılması perspektivləri nəzərə alınmalıdır.

Xüsusən, hazırda qazma qurğusunun tikinti imkanlarının müxtəlif variantları, tikintinin podratçıları və digər məsələlər öyrənilir.

Onun sözlərinə görə, parametr və texniki xüsusiyyətlərdən asılı olaraq, belə qazma qurğularının tikintisi 500 milyon dollardan 1 milyard dollaradək başa gəlir.

Xəbər lenti

Xəbər lenti