...

Azərbaycanda alternativ enerji üzrə strategiyanın yaradılması aktiv templə aparılır - Dövlət Agentliyi

Energetika Materials 4 May 2012 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda 2012-2020-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının ilkin variantı Azərbaycan hökumətinə 2012-ci ilin iyununda təqdim ediləcək. Bu barədə cümə günü Trend-ə Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

"Hazırda strategiyanın hazırlanmsı üzərində iş aktiv templərlə aparılır və artıq iyunda baxılması üçün təqdim edilə bilər", - Məlikov qeyd edib.

Strategiyanın hazırlanması üçün fəaliyyətin müxtəlif istiqamətləri üzrə işçi qrupu yaradılıb.

Qeyd edək ki, Azərbaycanda 2012-2020-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması və bu strategiya çərçivəsində işlərin təşkili 2020-ci ilədək ölkəyə enerji istehlakının ümumi həcmində alternativ enerjinin payının 20 faizlik həddinə nail olmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti