...

Azərbaycanda may ayında 27 yaşayış məntəqəsi qazlaşdırılıb

Energetika Materials 5 İyun 2012 17:46 (UTC +04:00)
2012-ci ilin may ayı ərzində Azərbaycanın 14 rayonunun 27 kəndinə təbii qaz verilib.
Azərbaycanda may ayında 27 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

2012-ci ilin may ayı ərzində Azərbaycanın 14 rayonunun 27 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumilikdə 5936 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb, ümumi uzunluğu 346 184 metrdən çox müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Təbii qazla təmin olunan yaşayış məntəqələrindən Sabirabad rayonunun Nərimanabad, Goranboy rayonunun Hacallı, Qarqucaq və Şəfibəyli, Şamaxı rayonunun Kələxana, Yardımlı rayonunun Əngövül, Şamaxı rayonunun Qızmeydan, Əhmədli və Hacılı, Masallı rayonunun Gəyəçöl, Ağsu rayonunun Qaravəlli və Bəyimli, Ağcabədi rayonunun Sarvanlar, Balakən rayonunun Püştətala, Beyləqan rayonunun Tatallar, Füzuli rayonunun Alxanlı, Ağdam rayonunun Xındırıstan-Dadaşlı, İmişli rayonunun Yalavac, Quba rayonunun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc və Susay qışlaq kəndlərini, eləcə də Göygöl rayonunda məcburi köçkünlər üçün salınmış Murovdağ qəsəbəsini, Ağdam rayonunun I Baharlı və II Baharlı qəsəbələrini göstərmək olar.

Bu kənd və qəsəbələrə ilk dəfə olaraq təbii qaz verilib.

Yardımlı rayonunun Əngövül kəndi istisna olmaqla, qalan bütün yaşayış məntəqələri birpilləli sistem əsasında qazlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti