...

"Azərikimya" İstehsalat Birliyində Ukrayna səfiri ilə görüş keçirilib (FOTO)

Energetika Materials 13 Sentyabr 2012 19:16 (UTC +04:00)
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə "Azərikimya" İstehsalat Birliyi rəhbərliyinin görüşündə Azərbaycanla Ukrayna arasında daim genişlənməkdə olan iqtisadi-mədəni, o cümlədən neft-kimya sahəsində bugünkü əlaqələrdən və onun gücləndirilməsi zərurətindən söhbət açılıb, bu istiqamətdə potensial imkanlardan maksimum istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
"Azərikimya" İstehsalat Birliyində Ukrayna səfiri ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə "Azərikimya" İstehsalat Birliyi rəhbərliyinin görüşündə Azərbaycanla Ukrayna arasında daim genişlənməkdə olan iqtisadi-mədəni, o cümlədən neft-kimya sahəsində bugünkü əlaqələrdən və onun gücləndirilməsi zərurətindən söhbət açılıb, bu istiqamətdə potensial imkanlardan maksimum istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Birlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, görüşdə həmçinin hər iki ölkədə əhalinin sağlamlığına və idmana xüsusi diqqət yetirildiyi, beynəlxalq turnir və yarışlarda bu iki tərəfdaş ölkənin uğurla çıxış etməsi görüşün müzakirə mövzusu olub.

İdmanın maraqlı növlərindən olan səmtləşmə idmanının Azərbaycanda inkişaf etdirilməsi üçün respublikanın regionlarında əlverişli coğrafi məkan və şəraitin, böyük potensialın olduğu qeyd edilib. Azərbaycanın Səmti Müəyyənetmə İdmanı Federasiyasının Rəyasət Heyətinin üzvü olan Mişenko bu sahədə "Azərikimya" İstehsalat Birliyi idmançılarının müəyyən təcrübəyə, səriştəyə malik omasından məmnunluğunu ifadə edib, bunu kimyaçı komandaların bir müddət əvvəl Qubada uğurla keçirilmiş iki günlük səmtləşmə yarışlarının təsdiq etdiyini bildirib.

Məhz bunu nəzərə alaraq, "Azərikimya"nın gənc idmançılarının da sentyabrın sonlarında Açıq respublika çempionatında və oktyabr ayında - Azərbaycanın Dirçəliş Günü ərəfəsində ulu öndər Heydər Əliyev adına kubok uğrunda yarışlarda iştirakı, bu idman növü üzrə milli yığma komandaya kimyaçıların da cəlb olunması məsələsi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti