...

Suriya müraciət edərsə, Türkiyə elektrik enerjisinin tədarükünü bərpa edə bilər

Energetika Materials 31 Oktyabr 2012 13:31 (UTC +04:00)
Dəməşq Türkiyəyə elektrik enerjisi tədarükünün bərpa edilməsi ilə bağlı müraciət edərsə, Ankara bunu müsbət cavablandıra bilər.
Suriya müraciət edərsə, Türkiyə elektrik enerjisinin tədarükünü bərpa edə bilər

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir A. Tağıyeva/

Dəməşq Türkiyəyə elektrik enerjisi tədarükünün bərpa edilməsi ilə bağlı müraciət edərsə, Ankara bunu müsbət cavablandıra bilər. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.

Nazirin sözlərinə görə, elektrik enerjisinin ixracı yalnız özəl sektorun vasitəsilə bərpa edilə bilər.

Qeyd edək ki, Türkiyə ayda Suriyaya 232,2 milyon kilovat-saat elektrik enerjisi tədarük edirdi ki, bu da onun tələbatının təqribən 20 faizini ödəyirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti