Azərbaycan, Bakı, 14 yanvar /Trend/
Bakının bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 15-də saat 09:00-dan 20:00-dək Bakının Nərimanov və Nizami rayonlarında, həmçinin Xətai və Sabunçu rayonlarının bir hissəsində təbii qazın təchizatında məhdudiyyətlər olacaq.