...

Azərbaycanda bu il yeraltı anbarlara vurulacaq qazın həcmini artırmaq planlaşdırılır

Energetika Materials 28 Yanvar 2013 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

Proqnozlara əsasən, bu il yaz-yay aylarında başlayacaq qazın vurulması mövsümündə yerlatı anbarlarda qaz ehtiyatlarının həcmini 3,5 milyard kubmetrədək artırmaq planlaşdırılır. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə bildirib.

Onun sözlərinə görə, ötən il qazın vurulması dövründə verilən proqnozlar 2013-cü il üçün də verilib.

Perspektivdə anbarlara qazın vurulma həcminin 5 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu, yeni quyuların qazılması, köhnə quyuların texniki təmiri və qaz-kompressor stansiyalarının gücünün artırılması hesabına mümkün olacaq.

"Bu, gələcək üçün planlardır, lakin 2013-cü il üçün 3-3,5 milyard kubmetr arasında həcm planlaşdırılıb", - mənbə qeyd edib.

Xatırladaq ki, 2012-ci il qazın vurulması mövsümünün yekunu üzrə ölkənin qaz anbarlarında qazın həcmi təqribən 3,3 milyard kubmetr təşkil edib. Bu rəqəm daha əvvəlki mövsümdə təqribən 3,25 milyard kibmetr olub. Xüsusilə ötən il anbarlara 2,11 milyard kubmetr qaz vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti