...

Azərbaycanda qaz tədarükü üçün infrastruktur yaxşılaşdırılır

Energetika Materials 4 İyul 2013 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.İsmayılov/

Qaz Anbarlarının İstismarı İdarəsində nəql olunan qazı tələblərə uyğun hazırlamaq məqsədilə Qaradağ qaz saxlama sexinin köhnə qazpaylama məntəqəsində iki ədəd mövcud toztutucular təmir olunaraq bərpa olunub və iki ədəd yeni toztutucular quraşdırılıb.

Trend Azərbaycan Respublikası Dövlət Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinə istinadən məlumat verir ki, bütün toztutuculara müasir tipli səviyyə göstərənlər və avtomatik tənzimləyicilər quraşdırıldığından toztutucuların işinə nəzarət avtomatik həyata keçirilir. Bu da yeraltı qaz anbarından çıxarılan qazın beynəlxalq tələblərə uyğun hazırlanmasına və nəql olunmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti