...

"Qoşadaş" strukturunda 2 saylı axtarış quyusunun qazılmasına başlanılıb

Energetika Materials 2 Avqust 2013 15:05 (UTC +04:00)
ARDNŞ-nin “Sahil” Qazma İşləri İdarəsi “Qoşadaş” strukturunda 2 saylı axtarış quyusunun qazılmasına başlayıb.
"Qoşadaş" strukturunda 2 saylı axtarış quyusunun qazılmasına başlanılıb

Azərbaycan, Bakı, 2 avqust /Trend/

ARDNŞ-nin "Sahil" Qazma İşləri İdarəsi "Qoşadaş" strukturunda 2 saylı axtarış quyusunun qazılmasına başlayıb.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, "Xəzər-6" özüqalxan üzən qazma qurğusu vasitəsilə Mezozoy çöküntülərinə qazılan quyunun layihə dərinliyi 3500 metrdir. Axtarış quyusunun qazılmasında əsas məqsəd tədqiqat rayonunda mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliliyini qiymətləndirməkdir.

Qeyd edək ki, "Qoşadaş" strukturu Abşeron arxipelaqının şimal-qərb hissəsində, sahildən 15 km, Bakı şəhərindən 35-40 km məsafədə yerləşir. Burada dənizin dərinliyi 10-50 metr arasında dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti