...

Vitse-prezident: ARDNŞ tələbatını ödəmək üçün ixtisaslaşdırılmış işçilər hazırlayır

Energetika Materials 16 Sentyabr 2013 16:04 (UTC +04:00)
ARDNŞ hər il fəhlə kateqoriyasından olan 4 min əməkdaşa ehtiyac duyur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.
Vitse-prezident: ARDNŞ tələbatını ödəmək üçün ixtisaslaşdırılmış işçilər hazırlayır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ hər il fəhlə kateqoriyasından olan 4 min əməkdaşa ehtiyac duyur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.

Onun sözlərinə görə, şirkətin ümumilikdə 66 200 işçisi var: "Onlardan 44 600-ü fəhlə kateqoriyasından olan əməkdaşlardır. İş yerlərinin təbii boşalması prosesi hər il fəhlə kateqoriyasından olan əməkdaşların ümumi sayının 9-10 faizinin əvəz edilməsini tələb edir".

O, qeyd edib ki, iş yerlərinin təbii boşalması nəticəsində şirkət hər il təqribən 4 min işçiyə ehtiyac duyur: "ARDNŞ daha əvvəl əhali arasından zəruri təhsili olmayan insanları işçi qismində işə götürdüyü halda, 2005-ci ildə şirkət işçi kadrlarının hazırlanması prosesinə başladı".

X.Məmmədovun sözlərinə görə, son illər ixtisaslaşmış peşəkar-texniki məktəb və mərkəzlərin açılması üzrə işlər aparılıb: "Nəticədə bu, ARDNŞ-nin işçilərə olan tələbatının təqribən 780 faizini qarşılamağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti