...

Azərbaycanın elektrik enerjisi təsərrüfatı prezident seçkilərinə hazırdır

Energetika Materials 4 Oktyabr 2013 12:35 (UTC +04:00)
"Azərenerji" ASC oktyabrın 9-da keçiriləcək Azərbaycanda prezident seçkilərində gücləndirilmiş iş rejimində işləyəcək.
Azərbaycanın elektrik enerjisi təsərrüfatı prezident seçkilərinə hazırdır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E. İsmayılov/

"Azərenerji" ASC oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə cümə günü Trend-ə ASC-dən bildiriblər.

ASC-dən deyiblər ki, Azərbaycanda prezident seçkilərinin keçirildiyi dövrdə bölgələrdəki bütün seçki məntəqələri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək. Bundan əlavə, Bakıda elektrik enerjisinin fasiləsiz verilişini təmin etmək üzrə işlər gücləndiriləcək.

"Azərenerji"dən bildiriblər: "Elektrik enerjisinin istehsalı və paylanılması strateji istiqamətlərdən biridir və məhz buna görə də ASC seçkilər dövründə gücləndirilmiş rejimdə işləyəcək".

"Bakıelektrikşəbəkə"dən cümə günü Trend-ə deyiblər ki, prezident seçkiləri dövründə SC gücləndirilmiş rejimdə işləyəcək: "Bütün seçki məntəqələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün əvvəlcədən məntəqələrə gedən elektrik ötürücü xətləri yoxlanılıb".

"Bakıelektrikşəbəkə"dən qeyd ediblər ki, SC-nin işi artıq gücləndirilib: "Fasiləsiz elektrik enerjisi ilə təmin etmək və hər hansı fövqəladə vəziyyətə operativ reaksiya vermək üçün əvvəlcədən bir sıra tədbirlər keçirilib".

Seçkilər dövründə SC-yə zəruri və əlavə texnika və mexanizmlər cəlb ediləcək, növbəli iş rejimi təşkil ediləcək, həmçinin əlavə mütəxəssislər cəlb ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti