...

Ekspert: Azərbaycanın qaz ixracatçısı kimi mövqeyi möhkəmlənməkdə davam edir

Energetika Materials 11 Noyabr 2013 12:15 (UTC +04:00)
Azərbaycanın qaz ixracatçısı kimi mövqeyi gələcəkdə də möhkəmlənməkdə davam edəcək.
Ekspert: Azərbaycanın qaz ixracatçısı kimi mövqeyi möhkəmlənməkdə davam edir

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanın qaz ixracatçısı kimi mövqeyi gələcəkdə də möhkəmlənməkdə davam edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov Bakıda keçirilən "Xəzər neft və qaz həftəsi" beynəlxalq konfransında çıxışı zamanı deyib.

Bağırov bildirib ki, oktyabrın 1-nə olan məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun aktivləri 35,81 milyard dollar təşkil edib. Ümumilikdə ölkənin strateji valyuta ehtiyatları 50 milyard dollara çatıb. Bu göstəricilər hər il artır və əminəm ki, bu tendensiya dəyişməyəcək".

Onun sözlərinə görə, neft gəlirləri müstəqilliyi bərpa etməsindən sonra Azərbaycanın ən mühüm maliyyə resusrlarından biri olub: "Ölkənin neft-qaz sektorundan əldə olunan vəsait müxtəlif sosial, iri infrastruktur və digər, o cümlədən dövlət büdcəsinə transferlər şəklində layihələrin maliyyələşdirilməsinə yönəldilir. Bu siyasətin nəticələrini adi gözlə görmək mümkündür".

Ekspert xatırladıb ki, 2012-ci ildə Azərbaycan 36,8 milyon ton neft və 6,6 milyard kubmetr qaz hasil edib: "Neft hasilatının pik həcmləri 2010-cu ilə təsadüf edib, daha sonra tədricən azalmağa başlayıb ki, bu da tamamilə normaldır. Qaza gəldikdə isə, Azərbaycanın ixrac potensialı bundan sonra da artacaq. 2016-cı ilədək Trans Anadolu boru kəməri (TANAP) sayəsində Azərbaycan hər il 25 milyard kubmetr qaz hasil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti