...

Xalik Məmmədov: ARDNŞ-nin beynəlxalq rəqabət şəraitində fəaliyyəti ixtisaslı kardların olmasını tələb edir

Energetika Materials 24 Fevral 2014 15:52 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq səviyyəli rəqabət şəraitində fəaliyyəti ixtisaslı profil kadrların olmasını tələb edir.
Xalik Məmmədov: ARDNŞ-nin beynəlxalq rəqabət şəraitində fəaliyyəti ixtisaslı kardların olmasını tələb edir

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq səviyyəli rəqabət şəraitində fəaliyyəti ixtisaslı profil kadrların olmasını tələb edir. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ARDNŞ bilikləri ən müasir standartlara, o cümlədən neft-qaz mühəndisliyi sahəsindəki standartlara uyğun olacaq ixtisaslı kadrların hazırlanması sahəsində fəal iş aparır.

X.Məmmədov qeyd edib ki, şirkətin neft-qaz sahəsində ən müasir nailiyyətlərlə tanış olan kadrlara ehtiyacı var: "Bütün bunlar zəruridir, çünki şirkət beynəlxalq səviyyədə fəaliyyət göstərir".

Vitse-prezident bildirib ki, ARDNŞ-nin struktur bölmələrində həyata keçirilən islahatlar ARDNŞ-nin strukturunun sadələşdirilməsi və onun beynəlxalq səviyyəli şirkətə çevrilməsi üzrə işlərin bir hissəsidir: "Hazırda ARDNŞ əməkdaşlarının sayı 60 min nəfərdən bir az çoxdur və perspektivdə şirkətin strukturunun optimallaşdırılması üzrə işlər davam etdiriləcək ki, bu da zamanın tələbidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti