...

Taner Yıldız: İran qazının qiyməti Türkiyəni qane etmir

Energetika Materials 26 Fevral 2014 14:52 (UTC +04:00)
İranın qaza görə təklif etdiyi qiymət Türkiyəni qane etmir. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Taner Yıldız: İran qazının qiyməti Türkiyəni qane etmir

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir R.Hafizoğlu/

İranın qaza görə təklif etdiyi qiymət Türkiyəni qane etmir. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, indiki tariflərlə Türkiyə üçün İrandan qaz idxalı həcmlərinin artırılması aktual deyil: "İran Türkiyəyə idxal edilən qazın həcmini 2 dəfə artırmağı təklif edir".

T.Yıldız qeyd edib ki, İranın qaz tədarakünün həcmini artırmaqla bağlı təklifi tamdəyərli deyil.

Türkiyənin qazın qiyməti üzrə İrana qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddiası ilə bağlı vəziyyəti şərh edən nazir bildirib ki, Türkiyə məhkəmənin qərarını gözləyir.

Qeyd edək ki, rəsmi Ankara 2012-ci ilin martında İran qazının qiyməti məsələsi üzrə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi.

1996-cı ildə İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qazın tədarük edilməsi barədə saziş imzlanmışdı.

Qeyd edək ki, İran qazının qiyməti rəsmən açıqlanmayıb, lakin Türkiyə KİV-in məlumatına görə, Ankara 1000 kubmetr İran qazına görə 490 dollar ödəyir. Azərbaycan və Rusiya qazları isə bu ölkə üçün müvafiq olaraq 335 və 425 dollara başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti