...

"Ağburun-dəniz" sahəsində axtarış quyusunun qazılmasına başlanılıb

Energetika Materials 14 May 2014 15:04 (UTC +04:00)
“Ağburun-dəniz” sahəsində axtarış quyusunun qazılmasına başlanılıb. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.
"Ağburun-dəniz" sahəsində axtarış quyusunun qazılmasına başlanılıb

Azərbaycan, Bakı, 14 may /Trend/

"Ağburun-dəniz" sahəsində axtarış quyusunun qazılmasına başlanılıb. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş ''Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı'' çərçivəsində neft və qaz hasilatının artırılması və bu məqsədlə yeni yataqların açılması kimi aktual məsələlər ARDNŞ qarşısında qoyulmuş prioritet vəzifələrdəndir.

Şirkət bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərir, kəşfiyyat-axtarış işlərini sürətləndirir. "Ağburun-dəniz" sahəsində 1 nömrəli axtarış quyusunda aparılan qazma işləri deyilənlərə daha bir sübutdur. "Xəzər-6" tipli üzən qazma qurğusu vasitəsilə həyata keçirilən qazma işləri "Ağburun-dəniz" strukturunun cənub-qərb qanadının tağa yaxın hissəsində kəsilişin stratiqrafiyasını, litologiyasını və neft-qazlılığını öyrənmək məqsədi daşıyır.

Layihə dərinliyi 1250 metr olan quyu Məhsuldar Qatın Qırməki Altı Lay dəstəsinə qazılır.

Qeyd edək ki, "Ağburun-dəniz" strukturu Abşeron arxipelaqının Şimali Abşeron qalxımlar zonasında "Qərbi Abşeron" neft yatağından 6 km cənubda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti